Böyük Britaniya Rusiyanın "Afrika Təşəbbüsü" xəbər agentliyinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin dərc etdiyi yenilənmiş sanksiyalar siyahısında bildirilir.
Təşkilatla yanaşı, "Afrika Təşəbbüsü"nün baş redaktoru Artem Kureyev, onun müavini Anna Zamaraeva və qurumun Burkina Fasodakı nümayəndəliyinin rəhbəri Viktor Lukovenkoya da sanksiyalar tətbiq olunub.
Ümumilikdə, Londonun anti-Rusiya sanksiyaları daha 23 mövqe üzrə genişləndirilib.