NATO Ukrayna üzrə Təmas Qrupunun təcili iclasını keçirəcək
Əziz Əzizli
İyulun 21-də Ukraynaya silah tədarükü üzrə Təmas Qrupunun planlaşdırılmamış iclası keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"NATO-nun baş katibi Mark Rutte iyulun 21-də Müdafiə Təmas Qrupunun Ukrayna üzrə virtual iclasında iştirak edəcək", – məlumatda qeyd olunur.
Mətbuat xidməti iclasın gündəliyi və ABŞ prezidenti Donald Trampın Ukrayna üçün nəzərdə tutulan Amerika silahlarının Aİ ölkələrinə satılması təklifi ilə bağlı olub-olmaması barədə əlavə məlumat verməyib.
Teqlər:
"NATO Ukrayna \u00fczr\u0259 T\u0259mas Qrupunun t\u0259cili iclas\u0131n\u0131 ke\u00e7ir\u0259c\u0259k"