İsrail ordusu Qəzza şəhərində əməliyyatını genişləndirir.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.
“Müxtəlif hərbi bölmələr Qəzza şəhərində əməliyyatları genişləndirir, terrorçuları və onlara məxsus infrastruktur obyektlərini məhv etmək məqsədilə zərbələr endirir”, – məlumatda deyilir.
Bildirilib ki, son 24 saat ərzində ərazidə yerləşən atəş nöqtələri, snayper mövqeləri və silah anbarları məhv edilib.
Bundan əlavə, Qəzza zolağının şimal və mərkəzi hissələrində keçirilən hərbi əməliyyatlar çərçivəsində İsrail hərbçiləri bir sıra reaktiv yaylım atəşi sistemlərini və “düşmənin infrastruktur obyektlərini” sıradan çıxarıblar. Hərbçilərin sözlərinə görə, döyüşlər xüsusilə anklavın şimalında yerləşən Beyt Hanun şəhəri ərazisində aparılıb.