Menyu

Konqo hökuməti ilə üsyançılar atəşkəslə bağlı razılaşıblar

Əziz Əzizli
Konqo hökuməti ilə üsyançılar atəşkəslə bağlı razılaşıblar

Konqo Demokratik Respublikası və M23 üsyançı qruplaşması arasında Qətərdə atəşkəs razılaşması əldə edilib.

Operativ Media “Al-Arabiyya” kanalına istinadən xəbər verir ki, hər iki tərəfdən olan nümayəndələrin Doha şəhərində razılaşdığı atəşkəsin detalları açıqlanmayıb.

Qeyd edək ki, Konqonun şərq hissəsində minerallarla zəngin olan böyük əraziləri ələ keçirən M23 qruplaşması ilə Konqo hökumət qüvvələri arasında münaqişə uzun müddətdir ki davam edirdi.

Təkcə bu ilin əvvəlində üsyançı qruplaşmanın hücumlarında Goma və Bukavu bölgələrində minlərlə insan ölüb.

Teqlər:

"Konqo h\u00f6kum\u0259ti il\u0259 \u00fcsyan\u00e7\u0131lar at\u0259\u015fk\u0259sl\u0259 ba\u011fl\u0131 raz\u0131la\u015f\u0131blar"

Əlaqəli Xəbərlər