Menyu

Netanyahu zəhərlənib

Əsəd Abbaslı
Netanyahu zəhərlənib

İsrail baş naziri Binyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.

Operativ Media xəbər verir ki, müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.

Məlumata görə, narahatlığın səbəbi "xarab olmuş qidanın qəbulu" olub.

"Əlavə yoxlamalardan sonra baş nazirin vəziyyəti yaxşı qiymətləndirilib. Hazırda o, xəstəliklə əlaqədar yaranan susuzluq nəticəsində itirilmiş mayenin bərpası üçün venadaxili müalicə alır", - məlumatda qeyd olunur.

Dəftərxanadan bildirilib ki, həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər