Menyu

ABŞ Aİ-yə güzəşt etməyəcək

Əsəd Abbaslı
ABŞ Aİ-yə güzəşt etməyəcək

ABŞ Avropa İttifaqı ölkələri üçün yeni artırılmış idxal tariflərinin başlama tarixini təxirə salmayacaq — onlar avqustun 1-dən qüvvəyə minəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lütnik CBS News telekanalına müsahibəsində bildirib.

ABŞ Ticarət Naziri Avropa ölkələrinə möhlət verilməsi haqqında suala cavab verib: "Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək".

Eyni zamanda H.Lütnik vurğulayıb ki, Vaşinqton dialoqa açıqdır və məhdudiyyətlərin tətbiqi Brüssel və digər xarici ticarət tərəfdaşları ilə gələcək danışıqları istisna etmir.

Xatırladaq ki, avqustun 1-dən ABŞ Avropa İttifaqından gələn mallara 30 faizlik yeni rüsumlar tətbiq etməyə başlayacaq.

Teqlər:

"AB\u015e A\u0130-y\u0259 g\u00fcz\u0259\u015ft etm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər