Qəzzada son 24 saat ərzində ən azı 115 fələstinli öldürülüb

Əziz Əzizli
Qəzzada son 24 saat ərzində ən azı 115 fələstinli öldürülüb

Son 24 saat ərzində Qəzza zolağında azı 115 fələstinli həlak olub.

Operativ Media bu barədə Qətərin “Əl-Cəzirə” kanalına istinadən xəbər verir.

Onlardan 92 nəfəri ərzaq yardımı almağa çalışarkən güllələnib.

Hərbçilər anklavın şimalında yerləşən Zikim keçidində yardım gözləyən 79 nəfəri, zolağın cənubundakı Rəfah və Xan Yunisdəki yardım paylama məntəqələrində isə daha 13 nəfəri öldürüblər. Qəzzanın səhiyyə orqanları son sutka ərzində 19 nəfərin aclıqdan öldüyünü açıqlayıb.

Bundan əvvəl “Əl-Cəzirə” Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər vermişdi ki, zolaqda yerləşən xəstəxanaların təcili yardım otaqları görünməmiş sayda ac insan tərəfindən zəbt olunub.

Digər xəbərlər