Böyük Britaniyanın müdafiə naziri Con Healey Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Qərb ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.
Operativ Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Məlumata görə, Healey çıxışında qrup üzvlərini Ukraynanı 50 gün müddətinə silahlandırmaq üçün kampaniya təşkil etməyə çağıracaq. O, həmçinin Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gəlmədiyi təqdirdə, iyulun 14-də Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyən ABŞ Prezidenti Donald Trampın təklifini dəstəkləyəcək.
Bundan əlavə, bildirilir ki, iclasda Almaniya və Böyük Britaniya Berlindən ayrılan 170 milyon avro vəsait hesabına hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin alınması barədə razılığa gələ bilərlər.