Hindistanı güclü yağış vurdu: 125 nəfər həlak oldu
Gozel Həşimova
Hindistanın Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.
Operativ Media dünya mediasına istinadən xəbər verir ki, yağışlar infrastruktura ziyan vurub, 468 avtomobil yolu bağlanıb, su şəbəkələrində fasilələr yaranıb.