Avropanın son on ildə ən böyük yataqlarından biri Polşada aşkar edildi
Gozel Həşimova
Polşanın şimal-qərbində, Şeçin şəhəri yaxınlığında Baltik dənizi sahilində neft və təbii qaz yatağı aşkar edilib.
Operativ Media xəbər verir ki, bu barədə Kanada operatoru "Central European Petroleum" (CEP) məlumat yayıb.
Bildirilib ki, bu, son on ildə Avropada aşkar edilmiş ən böyük yataqlardan biridir.
Eyni zamanda, Polşada ən iri yataq hesab olunur. "Wolin East" yatağının kəşf edilmiş ehtiyatlarında neft və kondensat şəklində 22 milyon ton karbohidrogen və 5 milyard kubmetr kommersiya keyfiyyətinə malik qaz olduğu təxmin edilir.
Teqlər:
"Avropan\u0131n son on ild\u0259 \u0259n b\u00f6y\u00fck yataqlar\u0131ndan biri Pol\u015fada a\u015fkar edildi"