Menyu

İranda neft emalı zavodunda yanğın olub

Əsəd Abbaslı
İranda neft emalı zavodunda yanğın olub

İsfahanda Ziyar yolunun yaxınlığında yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.

Operativ Media xəbər verir ki, yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib. Hazırda alov lokallaşdırılıb və qonşu obyektlərə keçməsinin qarşısı alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

İyulun 19-da İranın cənub-qərbindəki Abadan şəhərində də neft emalı zavodu yanıb.

İranın müxalif jurnalistləri neft emalı zavodunda təxribata eyham vururlar. Bəzi müşahidəçilər insidenti İranda sənaye obyektlərində baş verən müəmmalı hadisələrlə əlaqələndirirlər və onların sayı son aylarda xeyli artıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər