Ana səhifə / Dünya / Husilər İsrailin obyektlərinə PUA ilə hücum edib Husilər İsrailin obyektlərinə PUA ilə hücum edib 21.07.2025, 21:07 Əsəd Abbaslı Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndəsi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə İsraildə beş obyektə hücum edildiyini açıqlayıb. Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hədəflər Ben-Qurion Beynəlxalq Hava Limanı, Eylat dəniz limanı və bir neçə hərbi obyekt olub. Hücumların husilərin Fələstinə dəstək məqsədilə İsrailə qarşı davam edən kampaniyası çərçivəsində həyata keçirildiyi qeyd edilir. Teqlər: "Husil\u0259r \u0130srailin obyektl\u0259rin\u0259 PUA il\u0259 h\u00fccum edib"