Çin İran probleminin həllində müsbət rol oynamağa hazır olduğunu bəyan edib

Əziz Əzizli
Çin İran probleminin həllində müsbət rol oynamağa hazır olduğunu bəyan edib

Çin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəkləyir və İranın nüvə probleminin həllinə töhfə verməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Zhaoxu deyib.

“İranın nüvə problemini siyasi və diplomatik yollarla həll etməyə davam etmək lazımdır”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytında iyulun 21-də Fransa Xarici İşlər Nazirliyinin Siyasi və Təhlükəsizlik Departamentinin rəhbəri Frederik Mondoloni ilə telefon danışığından sonra Ma Zhaoxunun sözlərinə istinadən bildirilib.

O əlavə edib ki, İran tərəfinə nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna zəmanət verilməlidir və Çin bu məsələdə konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Çin Xarici İşlər nazirinin müavininin sözlərinə görə, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bütün maraqlı tərəflər dialoq və danışıqları mümkün qədər tez bərpa etməlidirlər. Ma Zhaoxu və Mondoloni bu məsələlər üzrə sıx əlaqə saxlamq barədə razılığa gəliblər.

Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli məqsədilə Aİ-3 (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqların yeni mərhələsinin iyulun 25-də İstanbulda xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcəyini bildirmişdi.

Digər xəbərlər