Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal qaz tələbinin artımı ilə bağlı proqnozunu 1,5%-dən 1,3%-ə endirib.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin qaz bazarı ilə bağlı hesabatında deyilir.
Eyni zamanda, qurum gələn il qaz tələbinin rekord səviyyəyə çatacağını proqnozlaşdırır. Belə ki, bu dövrdə tələb artımının 2%-ə qədər sürətlənəcəyi gözlənilir və bunun nəticəsində qlobal qaz istehlakı 4,35 trilyon kubmetrə çatacaq.
Gözəl Azadəliyeva