Menyu

"AstraZeneca" ABŞ iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyacaq

Gozel Həşimova
"AstraZeneca" ABŞ iqtisadiyyatına 50 milyard dollar sərmayə qoyacaq

Böyük Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti 2030-cu ilə qədər ABŞ iqtisadiyyatına 50 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə korporasiyanın saytında dərc olunmuş rəsmi məlumatda deyilir.

İnvestisiyaların əsas hissəsi Virciniyada dərman istehsalı zavodunun tikintisinə yönəldiləcək.

Amerikanın dərman istehsalı və əczaçılıq innovasiyaları sahəsində liderliyinə əsaslanan bu investisiyanın ölkə daxilində minlərlə yeni iş yerinin yaradılması gözlənilir.

Şirkət 2030-cu ilə qədər korporativ gəlirlərində ABŞ-nin payını isə 42%-dən 50%-ə yüksəltməyi planlaşdırır.

 

Gözəl Azadəliyeva

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər