Menyu

"PSJ"nin gənc vingeri İngiltərə və Almaniya klublarının "radar"ına düşüb

Operativ Media
"PSJ"nin gənc vingeri İngiltərə və Almaniya klublarının "radar"ına düşüb

Fransanın "PSJ" klubunun 18 yaşlı vingeri İbrahim Mbaye Avropanın bir neçə nəhəng komandasının diqqət mərkəzindədir.

​Operativ Media "RMC Sport"a istinadənxəbərverirki, gənc futbolçunun xidmətində İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti" və "Tottenhem" klubları ilə yanaşı, Almaniyanın "Bayer" və Dortmund "Borussiya"sı maraqlıdır. Paris təmsilçisinin futbolçunu ən azı 50 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir.

​Oyunçu ötən mövsüm Liqa 1-də meydana çıxdığı 24 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Mbaye həmçinin 2025/26 mövsümündə Çempionlar Liqasında 4 qarşılaşmada iştirak edib.

​Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən dəyəri 30 milyon avro qiymətləndirilən gənc hücumçunun "PSJ" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər