Menyu

Məktəbdə psixoloqun rolu formal xarakter daşıyır, yoxsa real dəstəkdir?

Ayşən Sadıxzadə
Məktəbdə psixoloqun rolu formal xarakter daşıyır, yoxsa real dəstəkdir?

Məktəb psixoloqları şagirdlərin psixoloji sağlamlığının qorunmasında, davranış problemlərinin vaxtında aşkar edilməsində və onların sosial adaptasiyasında mühüm rol oynayırlar. Bununla belə, cəmiyyətdə tez-tez belə bir sual səslənir: məktəb psixoloqlarının fəaliyyəti həqiqətən uşaqların problemlərinin həllinə yönəlib, yoxsa onların işi əsasən sənədləşmə və hesabatlarla məhdudlaşır? Bu məsələ həm valideynlər, həm də təhsil ictimaiyyəti üçün aktual mövzulardan biridir.

Mövzu ilə bağlı Operativ Media-ya təhsil eksperti Elçin Əfəndi danışıb.

O bildirib ki, əslində məktəb psixoloqunun əsas vəzifəsi şagirdlərin emosional vəziyyətini izləmək, davranış problemlərini vaxtında müəyyənləşdirmək, risk qrupuna daxil olan uşaqlarla işləmək, valideyn və müəllimlərlə əməkdaşlıq edərək yaranan çətinliklərin aradan qaldırılmasına dəstək verməkdir. Lakin inzibati işlərin və sənədləşmənin çoxluğu bəzi hallarda bu fəaliyyətin effektivliyinə təsir göstərə bilir:

“Psixoloqun məktəbdəki fəaliyyəti yalnız sənədlərin hazırlanması ilə məhdudlaşmamalıdır. Onun şagirdlərlə fərdi və qrup şəklində görüşlər keçirməsi, psixoloji maarifləndirmə aparması, zorakılıq, bullinq, adaptasiya problemləri və digər psixoloji çətinliklərin həllinə yönəlmiş tədbirlər həyata keçirməsi vacibdir.

Məktəb psixoloqunun fəaliyyəti lazımi şərait və imkanlarla təmin olunduqda, o, uşaqların psixoloji rifahının qorunmasına, problemlərin erkən aşkarlanmasına və sağlam məktəb mühitinin formalaşmasına mühüm töhfə verə bilər. Buna görə də məktəb psixoloqlarının əsas diqqəti sənədləşmədən daha çox şagirdlərlə birbaşa işləməyə yönəlməlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər