Menyu

"Çelsi"nin qapıçısı Filip Yergensen "Strasburq"a transfer olunur

Operativ Media
"Çelsi"nin qapıçısı Filip Yergensen "Strasburq"a transfer olunur

​Londonun "Çelsi" klubu 24 yaşlı danimarkalı qapıçısı Filip Yergensenin Fransanın "Strasburq" komandasına transferi üzrə razılığa gəlib.

​Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.

​Mənbənin bildirdiyinə görə, yayılan şayiələrin əksinə olaraq, "Koventri Siti" klubu danimarkalı qolkiperin keçidi ilə bağlı heç bir rəsmi təklif irəli sürməyib. Yaxın vaxtlarda futbolçunun "Strasburq"la rəsmi müqavilə imzalaması gözlənilir.

​Qeyd edək ki, F.Yergensen 2024-cü ilin iyul ayından "Çelsi"də çıxış edir və onun London təmsilçisi ilə müqavilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Qapıçı 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 12 matçda qapısında 17 qol görüb, 1 qarşılaşmada isə toxunulmazlığı qoruyub. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər