Menyu

Tramp Zelenski və Netanyahu ilə bir çox məsələni müzakirə etdiyini bildirib

Operativ Media
Tramp Zelenski və Netanyahu ilə bir çox məsələni müzakirə etdiyini bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İyulun 28-də Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski və İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşlər keçirib.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ lideri özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

​D.Tramp V.Zelenski ilə danışıqlara toxunaraq bir çox məsələlərin müzakirə olunduğunu və görüşün çox yaxşı keçdiyini bildirib, lakin təfərrüatları açıqlamayıb. B.Netanyahu ilə görüşü barədə isə ABŞ Prezidenti vacib mövzuların nəzərdən keçirildiyini qeyd edib.

​Öz növbəsində, Ağ Evin mətbuat katibi Kerolayn Livitt hər iki görüşün müsbət və məhsuldar mühitdə baş tutduğunu vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər