Zelenski: Rusiya bu gecə kütləvi zərbə endirə bilər
Operativ Media
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyulun 29-dan 30-na keçən gecə ölkə ərazisinə kütləvi zərbə endirə biləcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Zelenski bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanı Anatoli Krivonojkonun məruzəsinə istinadən "Telegram" kanalında paylaşım edib.
Onun sözlərinə görə, Rusiya qoşunları bir neçə gündür kütləvi hücuma hazırlaşır və zərbənin məhz bu gecə endirilməsi ehtimalı yüksəkdir.
Ukrayna Prezidenti tərəfdaş ölkələrə müraciət edərək, mülki əhalinin müdafiəsi üçün hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də "Patriot" kompleksləri üçün raketlərin tədarükünün sürətləndirilməsinin vacibliyini bir daha vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net