Bessent: Tramp dünya liderlərindən İranla bütün əlaqələri dayandırmağı tələb edir
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp dünya liderləri ilə əlaqə saxlayaraq onlardan İranla istənilən qarşılıqlı fəaliyyəti dayandırmağı tələb edir.
Operativ Media xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib.
“Prezident dünya liderlərinə konkret müraciətlərlə zəng edir və onlardan İranla qarşılıqlı əlaqələri dayandırmağı tələb edir”, - deyə Bessent bildirib.
ABŞ maliyyə naziri Trampın indiyədək hansı dövlət başçıları ilə danışdığının adlarını açıqlamaqdan imtina edib.
“Biz konkret adları açıqlamayacağıq. Artıq müəyyən nəticələri görürük və əminəm ki, bildiyiniz kimi, prezident çox inandırıcıdır”, - deyə o qeyd edib.
Bessentin sözlərinə görə, Trampın telefon zəngləri ilə yanaşı, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi də səfərlər və danışıqlar vasitəsilə müxtəlif ölkələrin liderlərinə, dövlətlərə və təşkilatlara Vaşinqtonun onlardan nə gözlədiyini və bunun üçün hansı müddətlərin müəyyənləşdirildiyini açıq şəkildə çatdırır.
O əlavə edib ki, qarşı tərəflər ABŞ-nin tələblərinə cavab vermədikləri halda, yaxın zamanda bunun nəticələrini görə bilərlər.
ABŞ administrasiyası İranla iqtisadi əlaqələri davam etdirən ölkə və qurumlara qarşı təzyiqləri və ikinci dərəcəli sanksiyaları genişləndirməyə hazırlaşır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net