Menyu

"Səbail" son yoxlama oyununda qalib gəldi

Operativ Media
"Səbail" son yoxlama oyununda qalib gəldi
1 dəq oxu

2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” PFK qonşu ölkədə son yoxlama oyununu keçirib.

Operativ Media xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Quba təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Oyunda Aldo Josue Gomes Soares (Dinho) dubla imza atıb.

Bununla da “Səbail” PFK-nın Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.

Əlaqəli Xəbərlər