Menyu

Azərbaycan atleti Avropa birinciliyində bürünc medal qazandı

Operativ Media
Azərbaycan atleti Avropa birinciliyində bürünc medal qazandı
1 dəq oxu

Azərbaycanın yeniyetmə ağır atleti Kamran Xappayev Kosovonun paytaxtı Priştinada təşkil olunan yeniyetmələr arasında Avropa birinciliyində mükafata layiq görülüb.

​Operativ Media xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 123 kiloqramlıq çəkinin öhdəsindən gələrək bürünc medala sahib çıxıb.

​Yarışın təkanla qaldırma hərəkətində 145 kiloqram nəticə göstərən Kamran bu kateqoriyada yeddinci olub. O, iki hərəkətin cəmində 268 kiloqram nəticə ilə Avropa birinciliyini beşinci pillədə başa vurub.

Əlaqəli Xəbərlər