Menyu

Rüfət Abbasov: "Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik

Operativ Media
Rüfət Abbasov: "Neftçi"nin 90 illiyində çempion olmaq istəyirik
1 dəq oxu

Neftçi"nin futbolçusu Rüfət Abbasov Misli Premyer Liqasının 2-ci turunda evdə "Araz-Naxçıvan"a qalib gəldikləri (5:0) matçdan sonra fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, "Sabah" və "Qarabağ"a avrokuboklarda uğurlar arzulayan 21 yaşlı müdafiəçi çempion olmaq istədiklərini deyib: 

"Sabah"ı təbrik edirəm. "Qarabağ"a isə uğurlar arzulayıram. Çünki onlar bizim ölkəmizi təmsil edirlər. Biz öz işimizi görəcəyik. İnşallah, bütün oyunlara qələbə üçün çıxacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bildiyiniz kimi, bu il "Neftçi"nin 90 illiyidir. Çempion olmaq istəyirik. İnşallah, bunu bacararıq".

Əlaqəli Xəbərlər