Menyu

Maradonanın “Tanrının əli” topu 3,3 milyon dollara satıldı

Operativ Media
Maradonanın “Tanrının əli” topu 3,3 milyon dollara satıldı

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının İngiltərə ilə matçında "Tanrının əli" ilə vurduğu əfsanəvi top ABŞ-də keçirilən hərracda 3,3 milyon dollara satılıb.

​Operativ Media xəbər verir ki, ABŞ-nin "Heritage Auctions" hərrac evi tərəfindən təşkil edilən satış zamanı mülkiyyətçilər bu məbləğin təxminən 10 milyon dollara çatacağını gözləsələr də, nəticə gözləniləndən az olub.

​Məlumatda bildirilir ki, qarşılaşma 2:1 hesabı ilə Argentina seçməsinin qələbəsi ilə başa çatıb və həmin matçda Maradona dubla imza atıb, lakin qollardan birini qeyri-qanuni olaraq əli ilə vurub. Buna baxmayaraq, baş hakim qolu qeydə alıb.

​Xatırladaq ki, həmin futbol topu otuz ildən artıq müddət ərzində 1986-cı il dünya çempionatının Argentina və İngiltərə matçının baş hakimi Əli Bin Nəsserdə qalıb. Hakim 2022-ci ildə dəyərli idman atributunu 2,3 milyon dollara başqa alıcıya satmışdı.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər