Menyu

Azərbaycan paraüzgüçüləri Gəncədə Avropa çempionatına hazırlaşırlar

Operativ Media
Azərbaycan paraüzgüçüləri Gəncədə Avropa çempionatına hazırlaşırlar
1 dəq oxu

Azərbaycanın paraüzgüçülük üzrə milli komandası sentyabr ayında Türkiyənin Kocaeli şəhərində baş tutacaq Avropa çempionatına hazırlaşmaq üçün Gəncə İdman Sarayında təlim-məşq toplanışına start verib.

​Operativ Media xəbər verir ki, avqustun 19-dan başlayan hazırlıq prosesi ayın 4-dək davam edəcək.

​Məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında təşkil olunan düşərgədə ölkəmizi idmançılarımızdan Raman Salei, Əli Vəliyev və Murad Məmmədov təmsil edirlər.

Əlaqəli Xəbərlər