Menyu

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Operativ Media
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır
1 dəq oxu
Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər”, - deyə məlumatda qeyd olunur.

Əlaqəli Xəbərlər