Menyu

Tələbələrin kirayə mənzil tələbi qiymətləri artırır - VİDEO

Nicat Hüseynli
Tələbələrin kirayə mənzil tələbi qiymətləri artırır - VİDEO

Yeni tədris ili ərəfəsində tələbələrin mənzil axtarışının artması Bakıda kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, kirayə qiymətləri son illərdə hər il təxminən 10-15 faiz artır.

Onun sözlərinə görə, yataqxanaların kifayət qədər olmaması tələbələri mənzil bazarına üz tutmağa məcbur edir. Tələbin artması isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Bildirilib ki, bu il Bakıda birotaqlı mənzillərin kirayəsi təxminən 600-800 manat, ikiotaqlı mənzillərin kirayəsi isə 700-900 manat arasında dəyişə bilər.

Mütəxəssis qeyd edib ki, kirayə qiymətləri sentyabrın sonu və oktyabrın əvvəlində sabitləşir.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər