Menyu

"Trabzonspor" "Liverpul"un sabiq futbolçunu heyətinə qatdı

Operativ Media
"Trabzonspor" "Liverpul"un sabiq futbolçunu heyətinə qatdı

​"Liverpul"un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Fabinyo Türkiyənin "Trabzonspor" komandası ilə müqavilə imzalayıb.

​Operativ Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

​32 yaşlı futbolçunun yeni sözləşməsinin detalları ictimaiyyətə açıqlanmayıb. O, 2023-cü ildən formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu cari ilin iyul ayında, müqavilə müddəti başa çatdıqdan sonra tərk edib.

​Ötən mövsümdə təcrübəli oyunçu bütün turnirlərdə 44 matçda iştirak edib, öz aktivinə 3 qol və 4 məhsuldar ötürmə yazdırıb. "Transfermarkt" portalı braziliyalı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro qiymətləndirir.

​Xatırladaq ki, Karadeniz təmsilçisi bundan əvvəl "Liverpul"da Fabinyo ilə birlikdə çıxış etmiş hücumçu Məhəmməd Salahı da heyətinə qatıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər