Menyu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

Operativ Media
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara şəhərində “Ark” qalası ilə tanış olublar
1 dəq oxu

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.

Operativ Media xəbər verir ki, “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

Fotogalereya

Əlaqəli Xəbərlər