Tramp: İranla razılaşmaya nail olacağımıza ümid edirəm
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.
"İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək", - deyə Tramp bildirib. Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı razılaşma şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.