Menyu

Ukrayna Futbol Assosiasiyası UEFA-nın FİFA rəhbərliyinə qarşı mövqeyini dəstəkləyib

Operativ Media
Ukrayna Futbol Assosiasiyası UEFA-nın FİFA rəhbərliyinə qarşı mövqeyini dəstəkləyib

Ukrayna Futbol Assosiasiyası (UAF) UEFA-nın FİFA prezidenti Canni İnfantino və qurumun özünə qarşı tutduğu sərt mövqeni tam şəkildə müdafiə edib.

​Operativ Media xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.

​Məlumata görə, tərəflər arasında fikir ayrılığına İnfantino tərəfindən irəli sürülən, lakin sonradan ləğv edilən kommersiya layihəsi səbəb olub. Həmin layihə dünya çempionatı ilə bağlı xüsusi payların özəl investorlara satışını həyata keçirə biləcək ayrı bir şirkətin yaradılmasını nəzərdə tuturdu.

​UAF bu təşəbbüsün futbol assosiasiyaları ilə lazımi məsləhətləşmələr aparılmadan və kifayət qədər şəffaflıq təmin olunmadan hazırlanmasından narazılığını ifadə edib.

​UEFA-ya daxil olan bütün 55 milli assosiasiya İnfantino ilə yaşanan qarşıdurmada rəsmi olaraq Avropa futbol qurumunu dəstəkləyir.

​Həmçinin qeyd olunub ki, rusiyalı futbolçuların yarışlara qayıtması məsələsinə görə UAF ilə İnfantinonun rəhbərlik etdiyi FİFA arasında artıq gərgin münasibətlər mövcuddur. Xatırladaq ki, iyunun 25-də Rusiyaya oktyabr ayında Azərbaycanda keçiriləcək U-15 dünya çempionatında iştirak etməyə icazə verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər