Menyu

Rəqəmsal arxeologiya üzrə praktiki təlimlər Ağstafada və Gədəbəydə davam etdirilib

Operativ Media
Rəqəmsal arxeologiya üzrə praktiki təlimlər Ağstafada və Gədəbəydə davam etdirilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlər davam etməkdədir. 

Bu barədə Operativ Media-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Təlimlərdə Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti, doktor Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Beydemir iştirak etmişlər. 

Təlimlərin metodikası ikili mərhələdən ibarətdir: Çöl mərhələsi (Təcrübi): LİDAR skanerləri vasitəsilə sahədə (çöl şəraitində) ərazi skanının proseduru və alqoritmləri; Kameral mərhələ (Nəzəri/Praktiki kompüter emalı): rəqəmsal proyeksiyanın xüsusi proqramlarla emalı, nöqsanların aradan , rəqəmsal relyef modellərinə (DEM) transformasiyası və rəqəmsal məlumatların təsnif edilməsi.

Türkiyəli təlimçilər 4 və 5 avqust tarixlərində Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Yovşanlıdərə, Sarıyoxuş dərəsi ərazilərində yerləşən və arxeoloji tədqiqata cəlb edilmiş Orta və Son Tunc dövrlərinə aid kurqanlarda azərbaycanlı arxeoloqlar üçün təcrübi təlimlər keçirmişlər. Çöl-tədqiqat təlimlərində azərbaycanlı arxeoloqlar LİDAR texnologiyası ilə çalışan proqramların (əsasən, 3d Scanner App və Polycam) vasitəsilə abidənin 3D modelinin yaradılması üsullarının praktiki tətbiqini öyrənmişlər. 

5 avqust tarixində Ağstafa rayonu “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin akt zalında çöl şəraitində skan edilmiş abidələrin rəqəmsal memarlıq təsvirlərinin emalı və sənədləşdirmə üsulları barədə nəzəri və nəzəri-tətbiqi təlimlər keçirildi. 

6 avqust tarixində rəqəmsal arxeologiya üzrə praktiki təlimlər Gədəbəy rayonundakı Qafqaz Albaniyası dövrünə aid Xarxar nekropolunda aparıldı. Abidədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Şamil Nəcəfovun rəhbərliyi altında aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazi qazıntı kvadratlarına bölünmüşdür. Ekspedisiyanın xilasetmə xarakteri abidənin rəqəmsal təsvirinin yaradılmasını şərtləndirib. Buradan irəli gələrək türkiyəli mütəxəssislər azərbaycanlı arxeoloqlara bu çeşiddən olan abidələrin və qazıntı sahələrinin LİDAR texnologiyalı cihazlar vasitəsilə skan edilmə prosesini nümayiş etdirdilər.

 Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Ağstafa şəhərindəki inzibati binasında rəqəmsal arxeologiya üzrə təlimlərin nəzəri hissəsi keçirildi. Təlimin bu mərhələsində türkiyəli təlimçilər çöl şəraitində əldə edilmiş rəqəmsal məlumatların Kompüter-Təyinatlı Layihələndirmə sistemləri (məsələn AutoCAD) vasitəsilə emalı barədə bilikləri təlimdə iştirak edən azərbaycanlı arxeoloqlarla bölüşdülər.

  Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak edirlər.

Qeyd edək ki, təlimlər üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun satınalmalar vasitəsilə əldə etdiyi yeni avadanlıqlar — Apple iPad Pro planşetləri istifadə edilməkdədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər