Menyu

Gəncədə beynəlxalq üzgüçülük yarışı başladı

Operativ Media
Gəncədə beynəlxalq üzgüçülük yarışı başladı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışı start götürüb.

Operativ Media xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edir. Üzgüçülər arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alır.

İkinci dəfə təşkil olunan “Ganja Cup” yarışında ilk dəfə əcnəbi üzgüçülər də mübarizə aparır. Turnirə Belarus və Gürcüstan komandaları qatılıb.

Açılış mərasimində Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev bildirib ki, bu cür yarışların keçirilməsi üzgüçülüyün inkişafına xidmət edir. O, növbəti illərdə turnirdə daha çox ölkənin təmsil olunmasının planlaşdırıldığını qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər