Menyu

Yanvar-iyul aylarında 6 tondan çox narkotik dövriyyədən çıxarılıb

Operativ Media
Yanvar-iyul aylarında 6 tondan çox narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitə və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min AZN kimi qiymətləndirilir.

Operativ Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Belə ki, 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 395,167 qr (9,7%) azalıb.

Bildirilib ki, bu ilin yanvar-iyul aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4963 cinayət faktı aşkarlanıb. Onlardan 1250-si narkotik vasitələrin qanunsuz satışı, 3613-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 307 kq 260,329 qramını marixuana, 257 kq 073,146 qramını heroin, 124 kq 912,418 qramını tiryək, 247 kq 630,147 qramını həşiş, 125 kq 541,94 qramını digər narkotik vasitələr və 161 kq 101,077 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 34983 ədəd həb metadon, 12715 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 4,5 qr və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr aşkar edilərək götürülüb.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1167,2 hektar sahədən yaş kütləsi 327 ton 716 kq olan 3.960.601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər