Menyu

Azərbaycan Premyer Liqası: 1-ci tur nə ilə yadda qaldı?

Operativ Media
Azərbaycan Premyer Liqası: 1-ci tur nə ilə yadda qaldı?

Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub.

Operativ Media xəbər verir ki, ilk turda 6 oyun baş tutub. Mövsümün startında ümumilikdə 13 qol vurulub. Ev sahibi komandalardan təkcə "Sumqayıt" xala həsrət qalıb. "Neftçi" səfərdə "kimyaçılar"ı 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Bu tur yeganə heç-heçə "Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilən matçda qeydə alınıb. Qəbələ şəhər stadionunda baş tutan görüşdə qol səsi eşidilməyib - 0:0.

Son çempion "Sabah" "Kəpəz"i əliboş yola salıb. Valdas Dambrauskasın yetirmələri Çempionlar Liqasının pley-off oyunu öncəsi 2:0 hesablı qələbəyə sevinib.

Debütant "Şəfa" isə Premyer Liqaya yaxşı başlamayıb. "Bakılılar" səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Yenilənmiş heyəti ilə Tovuz səfərinə gedən "Qəbələ" də sevinə bilməyib. Kurban Berdıyevin komandası minimal hesabla qalib gəlib. 

Turun qapanış matçında avrokuboklara yaxşı başlamayan "Qarabağ" "Şamaxı"nı qonaq edib. Ağdam təmsilçisi bu matçda sürprizə imkan verməyib. "Atlılar" meydançadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

İlk turun ən intizamlı komandaları "Qarabağ" və "Qəbələ" olub. Hər iki komanda hakimin "vərəqələr"ini görməyiblər. Ümumilikdə isə hakimlər 25 dəfə əllərini ciblərinə atıblar. Bunlardan 24-ü "sarı", 1-i isə "qırmızı" olub. Meydançadan qovulan yeganə futbolçu isə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər