Menyu

Türkiyə, Misir və Qətər İsrailin Qəzzaya hücumlarını pisləyib

Nicat Hüseynli
Türkiyə, Misir və Qətər İsrailin Qəzzaya hücumlarını pisləyib

Türkiyə, Misir və Qətər İsrailin Qəzza zolağına son hücumlarını kəskin şəkildə pisləyib və tərəfləri atəşkəs sazişinə əməl etməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə üç ölkə birgə bəyanat yayıb.

Bəyanatda İsrailin atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməsinin və gərginliyi artıra biləcək addımlardan çəkinməsinin vacibliyi vurğulanıb.

Bildiriblər ki, İsrailin hücumlarını intensivləşdirməsi Qəzza münaqişəsinə son qoyulması üzrə hərtərəfli planın həyata keçirilməsi ilə bağlı səylərə mənfi təsir göstərir.

Qeyd olunub ki, hazırda Sülh Şurası ilə İsrail rəsmiləri arasında görüşün keçirilməsi və danışıqlar prosesində konstruktiv addımların atılması istiqamətində intensiv iş aparılır.

Türkiyə, Misir və Qətər İsrailin son hücumlarının regional və beynəlxalq səylərə xələl gətirdiyini vurğulayıblar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər