Menyu

Pakistanda leysan yağışlar nəticəsində 2 nəfər həyatını itirib

Nicat Hüseynli
Pakistanda leysan yağışlar nəticəsində 2 nəfər həyatını itirib

Pakistanda güclü leysan yağışları nəticəsində yaşayış evinin damının uçması 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnib.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Svabi dairəsinin Azadxel ərazisində baş verib.

Məlumata görə, güclü yağışlar səbəbindən yaşayış evinin damı çöküb və bir ailənin üzvləri dağıntılar altında qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıblar. Daha iki nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər