Menyu

Ucuz məktəbli köynəkləri sağlamlıq üçün təhlükəlidirmi? - VİDEO

Nicat Hüseynli
Ucuz məktəbli köynəkləri sağlamlıq üçün təhlükəlidirmi? - VİDEO

Şəhərdə bir sıra mağazalarda məktəbli köynəklərini 2-3 manata almaq mümkündür. Ucuz qiymət valideynlər üçün cəlbedici olsa da, bu məhsulların keyfiyyəti və uşaqların sağlamlığı üçün təhlükəsizliyi ilə bağlı suallar yaradır.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, yeni tədris ilinin başlamasına az vaxt qaldığı üçün valideynlər məktəb alış-verişinə başlayıb və ən çox diqqət çəkən məhsullar arasında ucuz qiymətə təklif olunan məktəbli köynəkləri yer alır.

Satıcıların sözlərinə görə, 3 manata satılan ağ məktəbli köynəklərinə tələbat var. Bununla belə, bəzi satıcılar məhsulun keyfiyyətinin yüksək olmadığını və alıcılara belə geyimləri tövsiyə etmədiklərini bildirirlər.

Valideynlər də ucuz məktəbli köynəklərinin uzun müddət istifadə üçün uyğun olmadığını düşünürlər. Onların fikrincə, keyfiyyətsiz məhsulun tez sıradan çıxması nəticədə daha çox xərcə səbəb ola bilər.

Mütəxəssislər isə məktəbli forması seçərkən yalnız qiymətə deyil, məhsulun hazırlanmasında istifadə olunan materiallara və gigiyenik tələblərə uyğunluğuna diqqət yetirməyi tövsiyə edirlər.

Bildirilib ki, uşaqların dərisi böyüklərlə müqayisədə daha həssas olduğundan geyimlərin keyfiyyəti və materialı xüsusi əhəmiyyət daşıyır. Keyfiyyətsiz və tələblərə uyğun olmayan məhsullar müxtəlif dəri problemlərinə səbəb ola bilər.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəbli formalarında istifadə olunan materialların tələblərə uyğun olması vacibdir. Valideynlər məhsul alarkən istehsalçı, material və etiket məlumatlarına, həmçinin məhsulun təhlükəsizliyini təsdiq edən sənədlərin olub-olmamasına diqqət yetirməlidirlər.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, geyimin təhlükəsizliyi onun qiyməti ilə deyil, hazırlanmasında istifadə olunan materialların gigiyenik tələblərə uyğunluğu ilə qiymətləndirilir. Ölkəyə idxal olunan geyim məhsulları üzrə sanitariya-karantin nəzarəti həyata keçirilir.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər