Menyu

Bakı metrosunda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər

Nərmin Qocamanlı
Bakı metrosunda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər

"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. 

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib. 

"Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır", - deyə o qeyd edib. 

Metro rəsmisi xatırladıb ki, qurumun tariflərin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur. 

"Daim bu istiqamətdə müzakirələr aparılır. Sərnişindaşıma tarifləri ilə bağlı hər hansı dəyişiklik ictimaiyyətə əvvəlcədən açıqlanacaq", - deyə o əlavə edib. 

Teqlər:

"Bak\u0131 metrosunda ayl\u0131q v\u0259 birs\u0259f\u0259rlik gedi\u015f haqq\u0131 kartlar\u0131 t\u0259tbiq oluna bil\u0259r"

Əlaqəli Xəbərlər