NATO Polşa üzərindən Ukraynaya ayda 18 min ton hərbi yük göndərir

Nərmin Qocamanlı
NATO Polşa üzərindən Ukraynaya ayda 18 min ton hərbi yük göndərir

NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyası (NSATU) Polşa nəqliyyat qovşaqları vasitəsilə Ukraynaya ayda təxminən 18 min ton hərbi yük daşıyır.

Operativ Media xəbər verir ki, bu barədə missiya komandirinin müavini, Bundesver general-mayoru Mayk Keller bildirib.

"Bizim ən böyük logistika mərkəzimiz ayda 18 min ton yüklə Polşadadır", - o, Ukraynanın "Ukrinform" agentliyinə müsahibəsində deyib.

Kellerin sözlərinə görə, NATO missiyası artıq mart ayından etibarən Polşa vasitəsilə Ukraynaya 60 min tona yaxın hərbi yük daşıyıb. 

Digər xəbərlər