Menyu

Azərbaycanda saxlanılan Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib

Nərmin Qocamanlı
Azərbaycanda saxlanılan Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib

Özbəkistan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Burxonova Gulnoza Raxmatullaevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, Özbəkistanda dələduzluq və rəsmi sənədləri saxtalaşdırma cinayətlərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş G.R.Burxonova Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Teqlər:

"Az\u0259rbaycanda saxlan\u0131lan \u00d6zb\u0259kistan Respublikas\u0131n\u0131n v\u0259t\u0259nda\u015f\u0131 \u00f6lk\u0259sin\u0259 t\u0259hvil verilib"

Əlaqəli Xəbərlər