Pirşağı–Xırdalan–Novxanı yolunda hərəkət qismən dayandırılacaq
Əsəd Abbaslı
Bu gün saat 19:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
“Hərəkətin məhdudlaşdırılması tikinti işləri yekunlaşanadək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net