Qəbələnin bəzi ərazilərində qaz olmayacaq
Şəfa Hüseynli
Bazar ertəsi Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Operativ Media-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qəbələ-İsmayıllı-Muğanlı yolunun genişləndirilməsi ilə əlaqədar yeni çəkilmiş PE 225 mm-lik qaz xəttinin mövcud qaz xəttinə qoşulması məqsədi ilə sentyabrın 1-i saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ rayon Vəndam qəsəbəsi, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərində 4667 abonentin qaz təchizatı dayandırılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net