Cəlilabadda baş verən qəzada 2 yaşlı uşaq ölüb
Əsəd Abbaslı
Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb.
Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net