Menyu

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Nərmin Qocamanlı
Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.

Kollegiyadan Operativ Media-ya verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan

tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər