Menyu

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
1 dəq oxu

Avqustun 30-da və 31-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər