Qazaxıstan və Azərbaycan arasında investisiya və texnologiya əməkdaşlığı genişlənir.
Operativ Media Qazaxıstan mediasına istinadən xəbər verir ki, 2025-ci ildə ölkələr Astana Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş 300 milyon ABŞ dolları dəyərində birgə investisiya fondu yaradıb.
Fondun əsas məqsədi kənd təsərrüfatı və digər sahələrdə layihələrin maliyyələşdirilməsidir.
Qazaxıstan tərəfi həmçinin 2025–2027-ci illər ərzində 3,4 trilyon tenge (təxminən 6,3 milyard ABŞ dolları) dəyərində 683 aqrobiznes layihəsini həyata keçirməyi planlaşdırır.
Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, hazırda ölkədə Azərbaycanın iştirakı ilə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 1434 şirkət və 217 birgə müəssisə mövcuddur. Onların fəaliyyət sahəsinə taxıl emalı, suvarma sistemləri, kənd təsərrüfatı texnikası, gübrə istehsalı və qablaşdırma daxildir.