"Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı Sərəncam bu gündən qüvvəyə minib. Təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır. Sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılmasını məqsədəuyğun hesab edirik".
Operativ Media xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib.
O qeyd edib ki, bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir. Bütövlükdə, sosial təminat tədbirlərin miqyasını nəzərə aldıqda sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir.