ATƏT PA-nın Prezidenti Minsk Prosesinin bağlanması ilə bağlı qərarı alqışlayıb
Nərmin Qocamanlı
ATƏT PA-nın Prezidenti Pere Joan Pons Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb.
Operativ Media xəbər verir ki, o, bununla bağlı X sosial platformasında paylaşım edib.
“Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, - deyə ATƏT PA-nın Prezidenti vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma